"Siyasi iradə olmadan nəyəsə nail olmaq qeyri-mümkündür". 

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri" mövzusunda beynəlxalq konfransın açılışında deyib.

O bildirib ki, sülh danışıqlarında iştirak edən şəxs kimi erməni həmkarına həmişə sual verir: "Onlara deyirəm ki, torpağı götürüb qaçmaq mümkün olmayacaq, siz işağl olunmuş ərazilərdən nə qazandınız? Ermənilər nə qazandılar, həyatları yaxşılaşdımı? Açıq müzakirələrə ehtiyac var. Sıravi erməni bu münaqişədən nə qazanıb, həyatı yaxşılaşıbmı? Bu, Ermənistanın siyasi rəhbərliyinə göndərilən ismarıcdır".

Report