Venesuela müxalifətinin lideri Xuan Quaido öz "Twitter" səhifəsində Venesuelaya qayıtdığını elan edib.
"Report” xəbər verir ki, o hazırda öz sevimli torpağında olduğunu bildirib.
Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.
"Infobae" portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.