Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda ümumilikdə 500-ə yaxın müraciətə baxıldığı bildirilib.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.