"Qorxunc və qanlı Qarabağ münaqişəsi bir çox günahsız azərbaycanlıya ölüm və əzab gətirib. Rusiya həmişə bunu böyük faciə hesab edir və edəcək”.  

Mia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, Rusiyanın Qarabağ məsələsində mövqeyi bəllidir, rəsmi Moskva bir daha bunu təsdiqləməyə hazırdır:

"Ölkəmiz bu münaqişəni sülh yolu ilə həll etmək üçün tərəflərə kömək etmək üçün çox böyük və həlledici səylər göstərir. Biz bundan sonra da məsələyə həmin regionda siyasətimiz və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşma kontekstində böyük diqqət ayıracağıq”.