Rusiyanın Moskva vilayətinin Kolomensk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Məlumatı yerli Fövqəladə Hallar Xidməti yayıb.

Təyyarə bağ sahəsinə düşüb və evin küncünə dəyib. Nəticədə göyərtədə olan iki nəfər hadisə yerində ölüb.

Qəzanın səbəbi araşdırılır/Report.