Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin tarixi məlum olub.
Səfər bu il martın 9-da reallaşacaq.
Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyini xəbər vermişdi. (Report)