İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını rədd etdikdən sonra o bu gün öz vəzifəsinə geri qayıdıb.
Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, Zərif Tehrana səfər edən Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi qarşılanma mərasimində iştirak edib.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif fevralın 26-da tutduğu postdan istefa verdiyini açıqlamışdı.