Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların adları məlum olub.
Bu ilin əvvəlindən indiyədək 10 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.
Bunlar hakimYeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, "Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və Azərbaycan Liberal Demokrat Partiyasıdır.
Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.