"Şimali Koreya hədsiz iqtisadi imkanlara malik ölkədir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hanoy şəhərində sayca ikinci ABŞ - Şimali Koreya zirvə görüşündə deyən ABŞ Prezidenti Donald Tramp Kim Çen Inı "böyük lider” deyə səciyyələndirib.

"ABŞ Şimali Koreyaya iqtisadi potensialını gerçəkləşdirməkdə kömək edəcək”, - deyən ABŞ lideri görüşün uğurlu keçəcəyinə də ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və Şimali Koreyanın dövlət başçılarının birinci görüşü ötən ilin iyun ayında Sinqapurda keçirilmişdi.