Pakistan səmasında vurulan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin əsir götürülən pilotunun görüntüləri yayılıb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, görüntülərdə pilot jurnalistlərə özü haqqında qısa məlumatlar verib.

"Adım Abhi Ananddır. Şəxsi nömrəm 27981-dir, hindliyəm. Yaralanmışam. Sizə verə biləcəyim məlumat budur”, - pilot bildirib.