ABŞ Prezidenti Donald Tramp neftin bahalaşmasına görə narahatlığını bildirərək OPEC-i qiymətlərin artmasına yönələn tədbirləri məhdudlaşdırmağa çağırıb.

O, bu barədə "Twitter”dəki səhifəsində yazıb.

"OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib/Report.