Türkiyə Böyük Millət Məclisinin sədri 3-cü turda bəlli olub.
Mia.az-ın məlumatına görə, səsvermənin üçüncü turunda AKP-li Mustafa Şentop spiker seçilib. O, səslərin 336-nı qazanıb.
***
Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçilməsi üçün seçkilərin ilk iki turu başa çatıb.
Mia.az xəbər verir ki, ikinci turda hakim AKP-li Mustafa Şentop 333, CHP-li Engin Altay 126, HDP-li Serpil Kemalbay 46, "İYİ" partiyanın namizədi İmam Hüseyin Filiz 35 səs alıb.
Məlumata görə, gizli keçirilən birinci və ikinci turlarda yeni spiker 400 səslə seçilməlidir. Əgər bu səs toplanmazsa, o zaman 3-cü turda 301 səs alan namizəd TBMM-in yeni başqanı seçiləcək.
Hazırkı şərtlərə görə, AKP-nin namizədinin 3-cü turda sədr seçilmək şansı çox yüksəkdir.
Qeyd edək ki, AKP-nin İstanbul millət vəkili Nevzat Şatıroğlu namizədliyini irəli sürsə də, seçki başlamadan bir qədər əvvəl namizədliyini geri götürüb.