Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.
Deputat qeyd edib ki, digər tərəfdən, "Space" kimi telekanalların varlığı, əslində, tamaşaçı zövqünü korlamaqla yanaşı, iqtidarın özü üçün nüfuz baxımından faydalı deyil: "Cəmiyyətdə yaradıcılıq rəqabətinə imkan yaratmaq lazımdır. Sosial şəbəkələrdəki müzakirələrin daha səvviyəli formada teleməkana köçürülməsinə ehtiyac var. 21-ci əsrdə yaşayırıq, qadağaların genişlənməsi söyüş ədəbiyyatının önə keçməsinə daha çox yol açır".