Sabiq daxili işlər naziri isgəndər Həmidovun Qarabağ Komitəsinin ünvanına səsləndirdiyi ittihamlardan sonra  qurumdan istefalar başlayıb.

Komitənin sıralarını 12  üzv tərk edib.

 Bu barədə məlumatı Cebhe.info-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı verib. 

Onun sözlərinə görə, komitəni tərk edənlərdən 8 nəfəri Ağasif Şakiroğlunin rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyasının üzvləridir:

"Komitədən çıxmaqla bağlı müraciət edənlər arasında İsgəndər Həmidov, İlham İsmayıl, Valeh Qaramanlı və Həsən Həsənov da var. Ağasif Şakirov ümumiyyətlə, komitənin üzvü deyil. 8 nəfərdən ibarət siyahı isə Gələcək Azərbaycan Partiyasının üzvləridir”.