ABŞ-ın Türkiyənin qərarına təsir göstərmək üçün kifayət qədər təzyiq vasitəsinə malik deyil.
Bu açıqlama ilə rusiyalı hərbi ekspert Oleq Ponomarenko çıxış edib.
Ponomarenko təhdidlərin davam edəcəyini qeyd edib:
"Türkiyə hər mənada əhəmiyyətli dərəcədə böyüdü. Türkiyə NATO-nun çox dəyərli bir üzvüdür və ciddi regional gücdür. Bu səbəbdən Türkiyəyə təzyiq üçün o qədər də çox variant yoxdur. Güman edirəm ki, mövcud vəziyyət belə davam edəcək".
Rusiyalı eskeprt ABŞ-ın Türkiyəni S-400 fikrindən daşındırmaq mövqeyində olmadığını da söyləyib/Axar.az.