Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.

Bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə bildirib.

"Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, - deyə Maduro söyləyib.

Ölkənin qanuni prezidentitəklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib.