"Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub".
Bu barədə Karakasda mitinqdə çıxış edən Venesuela prezidenti Nikolas Maduro bildirib.
Maduro həmçinin çıxışında Venesuelada böhranın həlli ilə bağlı müxalifətin humanitar yardım haqqında təkliflərini də şərh edib.
"Problemlərin həllərini axtarmaq vaxtı çatıb. Venesuela yoxsul ölkə deyil. Bizə heç kimdən kömək lazım deyil", - deyə o bildirib.
Bu gün Venesuelada Maduro tərəfdarlarının yürüşü olub/Report.