"Hər şeyin əvvəli və sonu var"
Mia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsindən istefaya hazırlaşan Binəli Yıldırım bu gün deyib.
Onun sözlərinə görə, İstanbul şəhər bələdiyyə sədrliyinə namizədliyinə görə spiker postundan istefaya getmək məcburiyyətindədir: "Xidmətin böyüyü, kiçiyi olmaz. Nazir postundan 3 dəfə ayrılıb, 4 dəfə geri dönmüşəm. Baş nazir də olmuşam. İndi isə İstanbul bələdiyyəsi sədrliyinə təklif edildim və bunu da ürəklə yerinə yetirəcəm"