"Rusiya İranın mənfəətləri əleyhinə heç bir müqavilə imzalamaz".
Bu sözləri İran prezidentinin hərbi müşaviri Həsən Firuzabadi deyib.
"Tehran ilə Moskva arasında normal əlaqələr mövcuddur. Avropa və ABŞ-dakı mövcud vəziyyət nəzərə alındığında Qərbi Asiya cəbhəsində İran-Rusiya əlaqələrini daha güclü olması şərtdir”, - deyə Firuzabadi bildirib.
Qeyd edək ki, İsrailin Suriyadakı İran mövqelərini Rusiyanın məlumatı əsasında vurması yönündə iddialar yayılıb/Axar.az.