Rusiyanın Murmansk vilayətində "Tu-22M3” tipli bombardımançı hərbi təyyarə qəzaya uğrayıb.
Güclü küləkli və qarlı havada təlim uçuşu həyata keçirən təyyarə eniş edərkən yerə çırpılıb.
Qəzadan sonra təyyarə yanıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralı halda sağ qalıb.
Faktla bağlı araşdırma aparılır.