"Hakimiyyəti hheç vaxt ABŞ-ın kloununa verməyəcəm”.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

O, müxalif lider Xuan Guaidyanı "kloun” adlandırıb.

Bildirib ki, Xuan Guaidyan Trampın dəstəyi ilə Venesuelada çeviriliş həyata keçirmək istəyirlər: "Ancaq buna imkan verməyəcəm, heç vaxt da istefa vermək niyyətində olmayacam".

Maduro daha sonra Trampı "Dəli" adlandıraraq, deyib ki, artıq o, çarəsiz vəziyyətdədir: "Çünki xalq öz hakimiyyyəti ilə bir yerdədir. Venesuela öz gücünü və sözünü dedi".

Mia.az