Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin yanvarın 26-na təyin olunan mitinqinə icazə verməyib.

Milli Şuranın Koordinasiya Mərkəzindən Mia.az-a verilən məlumata görə, BŞİH-dən təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub: "Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək".