Türkiyənin Muğla vilayətində zəlzələ baş verib.
Mia.az xəbər verir ki, 3,5 bal gücündə zəlzələ yerli vaxtla saat 09:20-də baş verib.
Yeraltı təkanların episentrinin Aralıq dənizində olduğu qeyd edilir.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.