"Mehmanın azadlığa çıxması daxildə və xaricdə işbazları məyus edəcək".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu: "Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdə işbazları məyus edəcək".