CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Ankarada CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Mia.az bildirir ki, o, görüşdə CHP liderindən İstanbulu əhatə edən rayonlar üzrə bələdiyyə sədrliyinə namizədlərin adlarının açıqlanmasını istyib: "Cənab Kılıçdaroğluna dedim ki, artıq çox az zamanımız var. Bu həftə bütün namizədlərin adı açıqlanmalıdır. Doğrudur. CHP rəhbərliyi də səmimi və gərgin işləyir. Ancaq namizədlərin açıqlanması bizim də işimizi və yerlərdəki çalışmalarımızı müsbət mənada böyüdəcək".
Xatırladaq ki, İstanbulun 39 rayonu var. CHP-nin ən böyük rəqibi AKP artıq namizədlərinin adlarını açıqlayıb.