Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna - "donuz qripi”nə yoluxub.

Bu barədə Saakaşvilinin özü məlumat yayıb.

O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib.

Rəsmi məlumata görə, Gürcüstanda "donuz qripi”nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir.

Qurbanların sayı 17-yə çatıb/Teleqraf.com.