"Rusiyanın Stavropol diyarında baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlılardan 6-sı Bakıya yola salınıb”.
Bu barədə Mia.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin səlahiyyətlərinin icraçısı Leyla Abdullayeva məlumat verib.
XİN rəsmisi bildirib ki, digər yaralıların vəziyyəti diqqətdə saxlanılır: "Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə bu ölkədəki diaspora nümayəndələrimiz qəzadan zərər çəkənlərlə biləvasitə maraqlanıblar. Qəzadan sonra zərər çəkmiş 10 nəfər Levokumsk rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Onlardan 6-sı artıq Bakıya yola salınıb. Hazırda 4 nəfər xəstəxanadadır. Onların da vəziyyətləri stabildir”.
Qeyd edək ki, yanvarın 6-da Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes” markalı mikroavtobus aşıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsidir.