Bu gün Türkiyəyə səfər edən Ukrayna prezidenti Petro Poroşenko İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Rusiyanın həbs etdiyi Ukrayna dənizçilərini azadlığa buraxmasını müzakirə ediblər.
Bundan əlavə, tərəflər Krım problemi, iqtisadi əlaqələr və digər məsələlər haqqında da fikir mübadiləsi aparıblar.