Bu gün "Bakı Metropoliteni” QSC gecə saat 2-dək işləyəcək.

Mia.az QSC-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub:

"Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq".