Almaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits deyib.

"Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək", - deyə o, bildirib.

Merkel, həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir/Report.