Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə görə fəal ictimai-siyasi fəaliyyətinə görə "Dünya Azərbaycanlıları" İctimai Maarif Mərkəzi tərəfindən "Qızıl Buta" milli mükafatına layiq görülüb.
Bu barədə Mia.az-a verilən məlumata görə, mükafatlandırma mərasimində çıxış edən Rufiz Qonaqov mükafata və ona göstərilən etimada görə təşəkkürünü bildirib və Dünya Azərbaycanlıları Həmrəylik günü münasibəti ilə təbrik edib.