"Atatürk Türkiyənin böyük və parlaq şəxsiyyətidir”.

Mia.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında türk jurnalistin sualına cavab verərkən deyib.

O Atatürkün müasir Türkiyənin qurucusu olduğunu deyib: "Atatürk Rusiyanın böyük dostu idi. Ölkələrimiz arasında əlaqələrin əsasını qoyub. Biz bunu çox yaxşı bilirik”.

Putin Türkiyə ilə münasibətlərin çox yaxşı olduğunu bildirib.