Bu gün Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. 

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə lideri Suriyadakı son vəziyyəti müzakirə ediblər: "Danışıqlar zamanı tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərini, habelə Suriyadakı son vəziyyəti müzakirə ediblər".

Məlumata görə, Ərdoğanla Tramp Suriyada daha yaxından əməkdaşlıq etmək barədə razılığa gəlib.