"ABŞ İran neftinin ixracını dayandıra bilməyəcək və bizim yanacağımızı satmaqda əngəl yaratsalar, Fars körfəzindən heç kimin neft ixrac edə bilməyəcəyini bilməlidir”.
Bunu İran Prezidenti Həsən Ruhani deyib.
O, ABŞ-ın onların bütün dünya ilə ticarətini əngəlləməyə, regionda təcrid etdirməyə çalışdığını bildirib.
"Lakin bütün qeyd olunan sahələrdə ölkəmizin mövqeləri sabitdir, İran xalqı bu qarşıdurmadan qalib çıxacaq”, – Prezident vurğulayıb.
Xatırladaq ki, bu il noyabrın 5-də İrana qarşı sanksiyalar tətbiq edən ABŞ hökuməti bir qədər sonra bəzi ölkələrin İrandan neft idxal etməsinə razılıq verib/Report.