Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

O,  bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - deyə Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.