Xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.