Ukraynanın paytaxtı Kiyevdə radikallar "Ocean Plaza” ticarət mərkəzinə hücum ediblər.
Etirazçılar mərkəzin binasına tüstü fişəngləri atıblar. Alış-veriş mərkəzindəki alıcılar evakuasiya olunublar.
Qeyd edək ki, "Ocean Plaza” rusiyalı biznesmenə məxsusdur. Mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları və polislər vəziyyəti stabilləşdirməyə çalışır.