Gürcüstanda prezident seçkilərinin ikinci turunda saat 15:00-a olan seçici fəallığı açıqlanıb. 

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici fəallığının 38,8% təşkil etdiyini açıqlayıb. 

İndiyə qədər 1 363 493 seçici artıq səsvermədə iştirak edib.