Gürcüstanda prezident seçkilərinin ikinci turuna start verilib.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb. 

Ölkə üzrə 3703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb.

 Seçicilərin ümumi sayı 3 milyon 528 min 658 nəfərdir.

Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.