Gələn ilin büdcəsində Milli Məclisə əlavə vəsait ayrılıb.
Bunu maliyyə naziri Samir Şərifov parlamentin iclasında deyib. Nazir bildirib ki, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsait artırılır.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.