Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib.
Bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb.
Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Soros Fondunu ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb/Report.