Rusiya tərəfindən ələ keçirilən Ukrayna döyüş gəmiləri Kerçdəki limana aparılır.
Axar.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə nümayəndəsi Anton Lozovoy deyib. Onun sözlərinə görə, yaralanan 3 ukraynalı dənizçiyə tibbi yardım göstərilib.
***
Rusiyanın 360tv.ru saytı Kerçdə saxlanılan Ukrayna gəmilərinin videosunu yayıb.
***
Rusiyanın "Raşn Today" kanalı Kerçdə saxlanılan Ukrayna gəmilərinin görüntülərini paylaşıb.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.
Rusiya FTX 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb. Ukrayna isə 6 hərbçisinin yaralandığını bildirib.
olmadığını açıqlayıb. Ukrayna isə 6 hərbçisinin yaralandığını bildirib.