Fransada yanacağın qiymətinin qalxmasına qarşı başlayan etiraz aksiyaları davam edir.

Aksiya iştirakçılarının sayı 106 min nəfərə çatıb. "Sarı jiletlilər” adı altında başlayan mitinq ölkənin bütün şəhərlərini bürüyüb.

Son məlumatlarda etirazçılardan 130 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Etiraz aksiyalarında 5-i polis olmaqla 25 nəfər yaralanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edir.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Fransada benzinin qiyməti bir litrə görə 2,9 avrosent, dizelinki isə 6,5 avrosent olacaq.