Azərbaycan ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının planına əsasən, qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.