İmişli rayan Mks-nın mərkəzində və kənd kitabxana filallarında Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə geniş tədbirlər keçirilir.
Bu barədə Mia.az-a verilən məlumata görə, budəfəki ədəbi-bədii tədbir "Müstəqilliyimiz əbədidir, əzəlidir, dönməzdir” adlanıb.
Tədbiri giriş sözü ilə Mks-nın direktoru Lətifə Məmmədova açıb və mərasim iştirakçılarına müstəqilliyimizin tarixi barədə geniş məlumat verib.
Mks-nın baş metodisti İfadə Həsənova öz çıxışında müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının günbəgün möhkəmləndiyini faktlarla söyləyib.
Şəhər Emin Aslanov adına 7 saylı məktəbin şagirdləri - Günel Mustafazadə, Röya Yusifəliyeva, Hənəbəyim Nərimanova, Leylan Bayramzadə və gənc mədəniyyət işçiləri müstəqilliyimizin motivlərini əks etdirən şerlər söyləyib, ədəbi-bədii nümunələr göstəriblər.

