Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili özününü və ailəsinin "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri tərəfindən təhdidlərə məruz qaldığını deyib.
O, 9 noyabrdan 11 noyabr tarixinə qədər ünvanına gələn təhdidlərdən danışıb. "Təhlükə realdır, həmin təhdidləri göndərənlər məlumdur. Onlar "Vahid Milli Hərəkat” partiyası ilə əlaqəli olan keçmiş hərbçiləridr”-deyə Zurabişvili "Rustavi 2” telekanalına açıqlamasında deyib.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 2-də baş tutacaq.