Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında yazıb.
Yavuzalpın xitonda şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb.
Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib.
"Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb", - deyə Çavuşoğlu bildirib/Report.