Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında seçici fəallığı aşağı olub.

Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib.

O, deyib ki, saat 15:00 üçün Marneulidə seçici fəallığı 23,6%, Qardabanidə isə 23,7% təşkil edib.

Ən yüksək seçici fəallığı isə 47,1% olmaqla, Ambrolauridə müşahidə edilib.

Saat 15:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 30,98% olub/Report.