Rusiya Prezidenti Vladimir Putin Suriya ilə bağlı İstanbuldakı zirvə görüşünə gələn həmkarlarına Xantı-Mansiyskdən hədiyyələr gətirib.

Bu barədə jurnalistlərə açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Putin balıq, giləmeyvələr, fındıq və digər yeməli şeylər hədiyyə edib.

Qeyd edək ki, Vladimir Putin İstanbula səfərindən öncə Xantı-Mansiyskə səfər edib/Axar.az.