Türkiyədə hakim AKP ilə MHP arasında yaranmış ittifaqın dağılmasından sonra NHP lideri Dövlət Baxçalı daha bir sürpriz qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Baxçalı 29 oktyabrda İstanbulda açılacaq 3-cü hava limanının açılış mərasiminə dəvətdən imtina edib.

Xatırladaq ki, Baxçalının böyük əfv istəyinə AKP lideri, prezident Ərdoğan "yox" deyib. Bundan sonra tərəflər arasında mətbuat üzərindən "söz atışması" yaşanıb. Nəhayət, AKP ilə MHP arasında qurulmuş "Cumhur" ittifaqı ötən həftə dağılıb.